Mourinyo onu “qarşılaşdığı ən pis hakim” adlandırdı
“Roma”nın baş məşqçisi Joze Mourinyo A Seriyasında “Montsa” ilə oyundan (1:1) sonra hakim Daniele Kiffini tənqid edib.
Komanda.az “Virgilio”-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Kiffini karyerasında qarşılaşdığı ən pis hakim adlandırıb:
“O, karyeramda qarşılaşdığım ən pis hakimdir. Hakim nəticəyə böyük təsir göstərmədi, amma çox pis idi. O, texniki cəhətdən dəhşətlidir, oyunu hiss etmir, oyunçularla heç bir münasibət qurmur. Referi oyunun 96-cı dəqiqəsində yorğunluqdan ayağı sürüşən oyunçuya qırmızı vərəqə verdi”.
“Roma” A Seriyasında 33 turdan sonra 58 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin