“Barselona”nın sabiq üzvünə həbs cəzası
“Barselona”nın sabiq üzvü Adriano Korreyaya 14 aylıq həbs cəzası verilib.
Komanda.az xəbər verir ki, hazırda karyerasını “Beşiktaş” klubunda davam etdirən müdafiəçi vergidən yayınmaqda ittiham edilirdi. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
İspaniyada forma geyindiyi dövrdə vergidən yayındığını etiraf edən Adrianoya 14 aylıq həbs və 1 milyon avro pul cəzası verilib. 2005-2010-cu illərdə “Sevilya”da, 2010-2016-cı illər aralığında isə “Barselona”da forma geyinən Adriano, 650 min avro məbləğində vergi ödəməkdən yayınıb.
İspaniya qanunlarına görə, həbs müddəti 2 ildən az olan şəxslər bunun əvəzində müəyyən məbləğ ödəməklə dəmir barmaqlıqlar arasına girməkdən yaxa qurtara bilirlər.
Korreya 2016-cı ildən “Beşiktaş”da forma geyinir.
Bizi Facebook-da izləyin