Fransalılar Messini niyə fitə basırlar?
Argentina millisinin heyətində 1978-ci ildə dünya çempionu olam Mario Kempes PSJ azarkeşlərinin Lionel Messini fitə basmalarına münasibət bildirib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, keçmiş futbolçu fransalıların Messinin Argentina millisi ilə DÇ-2022-nin finalında Fransa yığmasını məğlub etməsini həzm edə bilmədiklərini deyib:
“Vəziyyət belədir ki, o, Fransada oynayır. Milli komandası Qətərdəki DÇ-2022-nin finalında Messinin ulduzu olduğu Argentina yığması ilə oynayan və məğlub olan ölkədə. Dünyanın ən yaxşı futbolçusunun öz klubunda Qətərdəkindən fərqli oynadığını görmək azarkeşləri incidir”.
Messi Qətərdəki mundialda Argentina millisində 7 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə verib. Argentina millisi finalda Fransa yığmasına qalib gələrək, DÇ-2022-nin qalibi olub. 35 yaşlı argentinalı hücumçu turnirin ən yaxşı oyunçusu seçilib.
Bizi Facebook-da izləyin