“Şeytanlar”ın planı: Reşfordun maaşı artırılır, Keyn üçün isə…
“Mançester Yunayted” hücumçusu Markus Reşfordun maaşını artırmaq niyyətindədir.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, klub qapıçı David de Xeanın maaşını azaldacaq. Qolkiper hazırda 375 min funt-sterlinq qazanır. 32 yaşlı futbolçu ilə yeni müqavilə imzalandıqdan sonra onun qazancı 200 min funt-sterlinqə düşəcək.
25 yaşlı Reşfordun klubla hazırkı sözləşməsi 2024-cü ilin yayına qədərdir. “Qırmızı şeytanlar” onunla yeni müqavilə imzalamaq niyyətindədir. Bununla da, onun qazancının 200 min funt-sterlinqdən 300 min funt-sterlinqə qədər artırılması planlaşdırılır.
Mançester təmsilçisi hazırda “Tottenhem”də çıxış edən Harri Keyni də heyətinə cəlb etmək istəyir. İngiltərə millisinin üzvü London klubunda həftədə 200 min funt-sterlinq qazanır. MY isə ona 300 min funt-sterlinq maaş təklif edəcək.
Öncədən “Tottenhem”in Keyn üçün 88 milyon funt-sterlinq (99 milyon avro) tələb etdiyi haqda xəbər vermişdik.
Bizi Facebook-da izləyin