Sadıqlı 20-ci oldu
“Kəpəz” Azərbaycan Premyer Liqasının 31-ci turunda “Şamaxı” ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Komanda.az xəbər verir ki, həmin qarşılaşma Gəncə təmsilçisinin qapıçısı Orxan Sadıqlı üçün əlamətdar olub.
O, Azərbaycan çempionatları tarixinə 150 və daha çox matç keçirən 20-ci qapıçı kimi düşüb. Sadıqlı bu görüşlərdə qapısından 205 top buraxıb.
Orxanın debütü 2012/13 mövsümündə “Xəzər Lənkəran”ın heyətində gerçəkləşib. Qolkiper karyerası ərzində “Şamaxı”, “Zirə” və “Sumqayıt”ın da formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin