Ümumi məşqlərə başladılar – Zədədən qayıdan futbolçular
“Barselona”nın zədədən qayıdan futbolçuları – Osman Dembele və Pedri komanda ilə ümumi məşqlərə başlayıblar.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi Xavi İspaniya La Liqasının 30-cu turunun “Atletiko” ilə qarşılaşmasında adıçəkilən futbolçuların da xidmətlərindən yararlana bilər.
Öncədən Dembele və Pedrinin komanda ilə məşqlərin bir hissəsinə qoşulduqlarına dair xəbər vermişdik.
Kataloniya təmsilçisi hazırda İspaniya çempionatının turnir cədvəlində 73 xalla birinci yerdədir. Onların ən yaxın izləyicisi “Real”dır – 62 xal. “Hindular” isə üçüncü 60 xalla üçüncüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin