Klubdan rəsmi açıqlama: “Ronaldo zədələnib”
“Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 25-ci turunda “Əl Hilal”a uduzub (0:2).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kriştiano Ronaldo həmin matçda meydançanı tərk edərkən “Messi” şüarları səsləndirən rəqib komandanın azarkeşlərinə qeyri-etik jest edib.
Lakin o, buna görə cəzalandırılmayacaq. Bu barədə Səudiyyə Ərəbistanı Futbol Assosiasiyasının İntizam Komitəsinin açıqlamasında məlumat verilib. Məsələ ilə bağlı aşağıdakı fikirlər səsləndirilib:
“Ronaldoya əlavə cəza verilməyəcək. Komitənin qərarına əsasən, yeganə cərimə fasilədən sonra “Əl Nəsr” oyunçularının meydançaya gec daxil olması ilə bağlıdır – 15 000 riyal. Sosial şəbəkədə yayılan videolara görə yox, yalnız rəsmi mənbələr əsasında Kriştiano cəzadan qurtulub”.
Klub isə portuqaliyalının adıçəkilən qarşılaşmada zədələndiyini açıqlayıb:
“Ronaldu zədələnib. Onun “Əl Hilal”ın futbolçusu Qustavo Kuellar ilə toqquşması çox həssas nahiyədə zərbə almasına səbəb olub. Bu, təsdiqlənmiş məlumatdır. Azarkeşlərin izahatlarına gəldikdə isə, onlar istədiklərini düşünməkdə azaddırlar”.
Xatırladaq ki, “Əl Nəsr” hazırda ölkə çempionatının turnir cədvəlində 53 xalla ikinci pillədədir.
Bizi Facebook-da izləyin