Osimhen dünyanın ən güclü hücumçusudur?

“Napoli”nin hücumçusu Viktor Osimhenin agenti Andrea D Amiko müştərisinin cari mövsümdəki çıxışından danışıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, menecer Osimheni o ki var tərifləyib, onun hətta Erlinq Halanddan da yaxşı olduğunu bildirib:

“Viktor Osimhen gələn mövsüm hara gedə bilər? Xüsusilə, İngiltərədən gələn təkliflərin olmaması ilə bağlı problem yaşayacağımızı düşünmürəm. Osimhen hazırda dünyanın ən güclü hücumçusudur, hətta Halanddan da güclüdür. Bütün transfer qərarları yalnız mövsüm bitdikdən sonra veriləcək. PSJ variantını istisna etmək olmaz”.

24 yaşlı nigeriyalı forvard bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 25 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button