Reytinq: “Qarabağ” 3 pillə geriləyib
“Qarabağ” klubların dünya reytinqində ötən ayla müqayisədə 3 pillə geriləyib.
Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, “köhlən atlar” siyahıda 72-ci yerə düşüb. Ağdam klubu 84,6 reytinq xalına malikdir.
Bununla belə, “Qarabağ” cədvəlin ilk 100-lüyündə qərarlaşan yeganə Azərbaycan komandası olaraq qalmaqdadır.
Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların da mövqeləri məlumdur. “Neftçi” (77,7) 239-cu, “Sabah” (76,2) 295-ci, “Qəbələ” (72,0) 644-cü, “Zirə” (71,9) 651-ci, “Turan Tovuz” (68,3) 1120-ci, “Şamaxı” (66,2) 1474-cü, “Kəpəz” (66,1) 1490-cı, “Sumqayıt” (65,6) 1574-cü, “Səbail” (64,5) isə 1811-ci yerdə qərarlaşıb.
“Qarabağ” MDB məkanı təmsilçiləri arasında ikinci sırada yer alıb. “Köhlən atlar”ı yalnız Ukrayna “Şaxtyor”u (Donetsk) qabaqlayır. “Şaxtyor” 85,3 reytinq xalı ilə 62-ci pillədədir.
Türkiyənin isə iki klubu ilk 100-lüyə düşə bilib. “Fənərbaxça” (84,7) 70-ci, “Qalatasaray” (83,0) 95-cidir.
13 660 komandanın yer aldığı siyahıda “Bayern”lə “Mançester Siti”si eyni xalla (100 xal) liderliyi bölüşdürür. “Napoli” (98,0) üçüncü pillədə yer alıb.
Bizi Facebook-da izləyin