Baş məşqçi böyük hesabla uduzan komandasını təriflədi

Norveç milli komandasının baş məşqçisi Stole Solbakken AÇ-2024-ün seçmə mərhələsinin ilk turunun İspaniya ilə görüşündən sonra (0:3) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, heç-heçə layiq olduqlarını dilə gətirib:

“Bu matçda qalib gələ biləcəyimizi söyləmək çətin olardı, amma heç-heçəyə layiq idik. Məncə, qol şanslarından yararlana bilsəydik, Norveçin son yüz ildə ən yaxşı səfər oyunu olardı.

İspanların ikinci qolu matçın qırılma nöqtəsi oldu. İlk 84 dəqiqə ərzində göstərdiyimiz oyundan çox razı qaldım”.

Norveç yığması hazırda A qrupunda 0 xalla dördüncü, İspaniya isə 3 xalla birincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button