Ronaldodan daha bir dünya rekordu
AÇ-2024-ün seçmə mərhələsinin Lixtenşteynlə ev oyun Portuqaliya milli komandasının hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, 38 yaşlı futbolçu doğma meydanda 4:0 hesablı qələbəyə sevindikləri bu oyunda yeni rekorda imza atıb.
Belə ki, Ronaldo milli komandaların heyətində ən çox oyun keçirən futbolçuya çevrilib. Lixtenşteynlə görüş onun beynəlxalq karyerasındakı 197-ci matç olub. Bu göstəriciyə görə o, dünya rekordçusuna çevrilib.
Ronaldo millidə keçirdiyi oyun sayına görə Küveyt yığmasının üzvü Bader Əl-Mutavanı geridə qoyub – 196 matç.
Xatırladaq ki, Ronaldo milli komandadakı qol sayına (120) görə də dünya rekordçusudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin