ŞOK: Almaniya millisinin üzvünün “lipa” olduğu ortaya çıxdı – FOTO

Dortmund “Borussiya”sının futbolçusu Yussufa Mukoko ilə bağlı fırıldaq üzə çıxıb.

Komanda.az xəbər verir ki, Almaniya millisinin Kamerun əsilli hücumçusunun “lipa” olduğu məlum olub.

Mukokonun “lipa” olmasının üstünü “Bild” nəşri açıb. Sənədlərdə Mukokonun heç də 18 yaşında olmadığı müəyyənləşib. Futbolçu əslində 2000-ci il təvəllüdlüdür və 23 yaşına keçib.

Mukoko 2016-cı ildə Dortmund klubuna keçib və 2020-ci ildən əsas komandada çıxış edir. O, bu mövsüm 26 oyunda 6 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button