Bir az Rivaldo, bir az Ronaldinyo

“Barselona”nın braziliyalı hücumçusu Rafinya özünü əfsanəvi həmyerliləri Rivaldo və Ronaldinyo ilə müqayisə edib.

Komanda.az “Catalunya Radio”-ya istinadən xəbər verir ki, Rafinya Rivaldodan meydanda, Ronaldinyodan isə meydandan kənarda davranış nümunəsi aldığını bildirib:

“Mən Rivaldonun futbol meydançasından kənarda necə biri olduğunu çox bilmirəm. Amma bilirəm ki, Ronaldinyo həmişə eyni idi, hər zaman gülümsəyirdi. Meydandan kənarda mən bir az Ronaldinyo kimiyəm. Rivaldo kimi isə meydanda daha diqqətli, daha ciddiyəm”,

26 yaşlı Rafinya bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 8 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button