Mourinyo “Bayern” – PSJ matçını xatırlayıb – Avroliqa oyununda
“Roma”nın baş məşqçisi Joze Mourinyo UEFA Avropa Liqasının 1/8 finalının “Real Sosyedad”la ilk matçını (2:0) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “canavarlar”ın ehtiyat futbolçuları haqda danışıb:
“Rəqib topa sahib olanda bizə problemlər yaratdı. Maraqlıdır ki, topa sahib olmadan oyuna nəzarət bizdə idi. Cavab oyunu üçün çox vacib ikinci qolu vura bildik. Stefan El Şaravi mənim strateji qərarımın nəticəsində əsas heyətdə idi. Bu barədə qərar vermək heç də asan olmadı.
Ehtiyat oyunçular arasında hücumçularımız çoxdur. Matçın ikinci hissəsində “Bayern” – PSJ görüşü yadıma düşdü. Almaniya təmsilçisinin ehtiyat futbolçular skamyasında Serj Qnabri, Sadio Mane və Leroy Sane yer alırdı. Onlardan yalnız biri mənim üçün kifayət edir”.
“Real Sosyedad” – “Roma” cütünün cavab matçı martın 16-da keçiriləcək.
Bizi Facebook-da izləyin