“Uduzmağa layiq deyildik, amma…” – Mourinyo
“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasının 24-cü turunun “Kremoneze” ilə oyununu (1:2) şərh edib.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, o, uduzmağa layiq olmadıqlarını deyib:
“Bir az bəxtimiz gətirmədi. Lakin məsuliyyət bizim üzərimizdədir. Oyunda hərarət yox idi. Sanki bir komanda qarşılaşmanı çox vacib hesab edirdi, digəri isə yox.
Uduzmağa layiq deyildik, amma qələbəyə də layiq deyildik. Hesabı bərabərləşdirdikdən sonra qələbə qolunun gələcəyini düşünürdük”.
“Canavarlar” hazırda İtaliya çempionatının turnir cədvəlində 44 xalla beşinci sırada qərarlaşıb. “Kremoneze” isə 12 xalla 19-cu sırada yer alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin