Super Liqa klubunda 4 ayrılıq
Türkiyənin “Sivasspor” klubu 4 futbolçusu ilə yollarını ayırıb.
Komanda.az Super Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 3 legioner və 1 yerli futbolçu ilə yeni müqavilə imzalanmağa ehtiyac duyulmayıb.
Bu üzdən də Duqlas, David Braz, Delvin Ndinqa və Məhəmməd Dəmirlə yolların ayrılmasına qərar verilib. Onların hamısı ilə müqavilənin müddəti mayın 31-də başa çatacaq və azad agent statusu qazanacaqlar.
Duqlas “Sivasspor”da 32, Braz 31, Ndinqa 49, Məhəmməd Dəmir isə 38 oyuna çıxıb. Sonuncu rəqib qapılarından 5 top keçirdiyi halda, legionerlərin hər biri 3 dəfə qol sevinci yaşayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin