“Qarabağ”ın futbolçusu həftənin ən yaxşı oyunçusu ola bilmədi
Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Komanda.az xəbər verir ki, bu ada Kiprin AEK (Larnaka) klubunun yarımmüdafiəçisi Anxel Qarsiya layiq görülüb.
İspaniyadan olan 30 yaşlı futbolçu Ukraynanın “Dnepr-1” komandasına 1:0 hesabıyla qalib gəldikləri oyunda yeganə qolun müəllifi olub.
Xatırladaq ki, Avropa Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də namizəd idi. Amma həm o, həm də digər iki namizəd – Luka Yoviç (“Fiorentina”, İtaliya) və Trezeqe (“Trabzonspor”, Türkiyə) azarkeşlərdən Anxel Qarsiya qədər səs ala bilməyiblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin