“Mançester Siti”yə qayıtmaq fikrində deyil

“Bayern”in futbolçusu Joao Kanselo “Mançester Siti”yə qayıtmaq fikrində deyil.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi müqavilədə qeyd olunduğu kimi, icarə əsasında heyətinə qatdığı 28 yaşlı oyunçunu hazırda “şəhərlilər”dən transfer etməyi düşünmür.

Buna baxmayaraq, portuqaliyalının İngiltərə klubuna qayıtmaq ehtimalı çox azdır.

Kanselo cari mövsümdə Mançester təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 26 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

O, “Bayern”in heyətində 3 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button