“Barselona” Kavaninin yuxusuna haram qatıb

PSJ-nin uruqvaylı futbolçusu Edinson Kavani 2016-2017-ci il mövsümündə Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” ilə keçirdikləri oyun haqqında danışıb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, ilk oyunda 4:0 qalib gəlmələrinə baxmayaraq, cavab görüşündə 1:6 hesabı ilə məğlub olduqları matç haqda danışan 32 yaşlı hücumçu, uzun müddət oyunun təsirindən çıxa bilmədiyini deyib:

“Bu nəticə mənə çox təsir etdi. Çox pis oyun idi və heç kim belə bir şey olacağını gözləmirdi. Oyundan sonrakı dövrdə gecələri yata bilmirdim. Artıq narahat olmağa başladım, çünki gecələri yatmadan məşqlərə qatılmaq məcburiyyətində qalırdım.

Bundan sonra həkimlərlə danışdım, onlar məni sakitləşdirdilər. Mənə dərman verdilər, o dərmanı atdıqdan sonra yenidən yatmağa başladım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button