“Osimhen satılmır!” – “Napoli”nin prezidenti

“Napoli”nin prezidenti Aurelio de Laurentis klubun hücumçusu Viktor Osimhen haqda danışıb.

Komanda.az “Score Nigeria”-ya istinadən xəbər verir ki, o, nigeriyalı futbolçunu satmayacaqlarını deyib:

“Osimhen satılmır! Oyunçularımızı transfer etmək istəyən çox klub var, amma mən hansısa futbolçumu satmağa borclu deyiləm. Ümumiyyətlə, bizim hansısa kluba borcumuz yoxdur”.

Öncədən “Mançester Yunayted”in 24 yaşlı futbolçu üçün 110 milyon avro təklif edəcəyi bildirilirdi. Keçid reallaşsa, Osimhen “qırmızı şeytanlar”ın tarixində ən bahalı transfer olacaq.

2020-ci ilin sentyabrından “Napoli”də çıxış edən oyunçunun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 21 oyuna çıxıb, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button