Azərbaycanlı gimnast “bürünc” qazandı

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının daha bir üzvü Macarıstanda keçirilən “Gracia Fair Cup” beynəlxalq turnirində medal qazanıb.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, Alina Məmmədova çoxnövçülük üzrə 3-cü olub.

Daha əvvəl Fidan Qurbanlı eyni növdə qızıl medala yiyələnib.

Yığmanın digər üzvləri Şəms Ağahüseynova halqa ilə, Leyli Ağazadə isə halqa və top ilə hərəkətlərin icrasında finala vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button