Dani Alveşdən cinsi təcavüz iddialarına cavab

Braziliya millisinin və Meksikanın “Pumas” klubunun müdafiəçisi Dani Alveş cinsi təcavüz iddialarına münasibət bildirib.

Komanda.az “Alves Antena 3”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu haqqında çıxan iddiaları yalanlayıb:

“Bəli, mən o yerdə başqa insanlarla birlikdə idim və bundan həzz alırdım. Məni tanıyan hər kəs bilir ki, rəqs etməyi sevirəm. Başqalarının şəxsi məkanını zəbt etmədən rəqs etdim, həzz aldım. Bu qadının kim olduğunu bilmirəm. Tualetə girəndə orada kimin olduğunu soruşmağa ehtiyac yoxdur.

Mən heç vaxt kiminsə şəxsi məkanını zəbt etməmişəm. Bunu bir qızla və ya qadınla necə edərdim? Allah xatirinə, yox! Mənə, əzizlərimə pislik etməyə çalışırlar. İnsanlar mənim kim olduğumu bilir”.

ABC telekanalının verdiyi məlumata görə, bir qadın 39 yaşlı futbolçunu ittiham edərək, onun əlini alt paltarına saldığını deyib. Alveş özü isə ittihamları rədd edir. Qadın artıq tibbi müayinədən keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button