Feliksə elə qiymət qoyublar ki…

Portuqaliyalı futbolçu Joao Feliks mövsümün ikinci yarısını da “Atletiko”da keçirə bilər.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, hücumçu bu ilin yayına qədər Madrid klubunda çıxış edə bilər. Onun başqa kluba keçə bilməməsinin əsas səbəbi “Atletiko”nun futbolçu üçün 130-140 milyon avro tələb etməsidir.

Portuqaliyalı hücumçunun xidmətində maraqlı olan klubların heç biri həmin məbləği ödəməyə hazır deyil. Bundan başqa, La Liqa təmsilçisi hələ də Feliksin komandaya kömək edə biləcəyini düşünür.

23 yaşlı oyunçu ilə öncədən “Çelsi”, “Arsenal” və “Mançester Yunayted”in maraqlandığı bildirilirdi.

Feliks bu mövsüm “Atletiko”nun heyətində La Liqada 13 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button