Benites bu dəfə susmağı seçdi

“Napoli”nin keçmiş baş məşqçisi Rafael Benites İtaliya A Seriyası təmsilçisinin turnir cədvəlindəki mövqeyi ilə bağlı fikirlərini bildirib.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, DÇ-2022 zamanı yaranan fasilənin komandanın güclənməsinə kömək etdiyini deyib:

“Çempionluqla bağlı proqnozlar verməyəcəm. Susmaq daha yaxşıdır. “Napoli”də ehtiyac duyulan hər şey var: həvəs, keyfiyyətli oyun və yanaşma. Məncə, dünya çempionatı zamanı yaranan fasilə komandanın daha da güclənməsinə kömək edib”.

İspaniyalı mütəxəssis öncədən “Napoli”nin çempion olacağı ilə bağlı proqnoz vermişdi.

1990-cı ildən İtaliyada çempion ola bilməyən neapollular 15 turdan sonra ən yaxın izləyicilərini 8 xal qabaqlayaraq, liderliyini davam etdirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button