Ten Haq Kazemironun transferini buna görə istəyirmiş

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq braziliyalı yarımmüdafiəçi Kazemiro haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis kluba baş məşqçi təyin edildiyi vaxt “qırmızı şeytanlar”ın psixoloji durumu barədə fikirlərini bildirib:

“Mançester Yunayted” çox diqqətlə işləyirdi. Transfer üçün üç namizədin adı çəkilirdi. Mən bildirdim ki, komandada ruh çatmır, futbolçuların birliyinə təsir edə biləcək bir şey görmürəm. Psixoloji sabitlik çox aşağı səviyyədə idi. Döyüş əzmi, istək yox idi. Komandada baş məşqçi postunu tutduğum zaman mövcud auranı dəyişmək qarşıma qoyduğum əsas və birinci məsələlərdən biri idi. Buna nail olmaq üçün də paltardəyişmə otağında düzgün şəxsi keyfiyyətlərə malik insanlara ehtiyac var idi. Belə məqamda Kazemironun transferi çox vacib idi. O, mənim istədiyim prosesi sürətləndirməyə qadir oyunçudur. Çünki kuboklar qazanmaq üçün nə etmək lazım olduğunu bilir”.

Kazemiro 2022-ci ilin avqustunda “Real”dan “Mançester Yunayted”ə keçib. O, İngiltərə klubunun heyətində 18 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button