İnzaqinin uğurlu ili

İtaliyanın “İnter” klubunun baş məşqçisi Simone İnzaqi 2022-ci illə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 2022-ci ili uğurlu hesab etdiyini deyib:

“2022-ci il bizim üçün uğurlu il oldu. Kuboklar qazandıq və keçən mövsüm çempionluq uğrunda sona qədər mübarizə apardıq. İndi hər şeyə yenidən başlamaq və əlimizdən gələn hər şeyi etməliyik ki, bu mövsüm də uğurlu olaq”.

“İnter” İtaliya A Seriyasında 15 turdan sonra lider “Napoli”dən 11 xal geri qalaraq, 5-ci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button