AMADA rəsmisi: “Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub”
“Azərbaycanda beş il ərzində (2017-2022) aşkar olunan qayda pozuntularının 43 faizi steroid, 13 faizi isə narkotik vasitələrlə olub”.
Komanda.az xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli mətbuat konfransında deyib.
Onun sözlərinə görə, AMADA bu il antidopinq və antinarkotiklə mübarizədə 60 maarifləndirmə seminarı təşkil edib:
“Bu tədbirlərin əksəriyyəti regionlarda baş tutub”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin