DÇ-2022: Sterlinq Qətərə qayıdacaq?
İngiltərə millisinin hücumçusu Rahim Sterlinq Qətərə qayıda bilər.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl İngiltərə millisinin hücumçusu DÇ-2022-ni yarımçıq qoyaraq ailəsinin yanına qayıdıb. Buna səbəb onun Londondakı evinin qarət edilməsi olub.
27 yaşlı futbolçu hələ geri qayıtmaq barədə yekun qərar verməyib.
DÇ-2022-nin 1/8 final mərhələsində İngiltərə Seneqalı məğlub edərək (3:0), 1/4 finala vəsiqə qazanıb. Onların rəqibi Fransa millisi olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin