Ayxan Abbasov istefa verdi: “Bu, son matçım idi”
Ayxan Abbasov “Sumqayıt”ın baş məşqçi postundan istefa verib.
Komanda.az xəbər verir ki, gənc mütəxəssis bunu Azərbaycan Kubokunun finalında “Qəbələ”yə Naxçıvanda 0:1 hesabıyla uduzduqları matçdan sonra “CBC Sport”a açıqlamasında bəyan edib:
“Bu oyunun nəticəsindən asılı olmayaraq, klub rəhbərliyi ilə qarşıdakı iki gündə görüşüm olacaq. Çox güman ki, bu, “Sumqayıt”da son matçım idi. Bir səhv oyunun taleyini həll etdi. Nəticədən asılı olmayaraq futbolularımla fəxr edirəm”.
Qeyd edək ki, 38 yaşlı Abbasov son çempionata “Zirə”də başlayaraq 3-cü turda istefa vermiş, ikinci dövrənin sonuna yaxın isə “Sumqayıt””ın “sükanı arxası”na keçmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin