“O, dünyanın ən yaxşı yarımmüdafiəçisi olacaq”
İngiltərə millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden yığmadakı komanda yoldaşı Çud Bellingem haqda fikirlərini bölüşüb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, “şəhərlilər”in futbolçusu Bellingemin ən istedadlı oyunçulardan biri olduğunu deyib:
“Onu çox tərifləmək istəmirəm, çünki hələ gəncdir. Lakin indiyə qədər gördüyüm ən istedadlı oyunçulardan biridir. Oyun üslubunda zəif nöqtə yoxdur. Düşünürəm ki, o, dünyanın ən yaxşı yarımmüdafiəçisi olacaq”.
19 yaşlı Bellingem Qətərdə keçirilən dünya çempionatında İngiltərə yığmasının heyətində dörd görüşün hamısında meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
İngiltərə millisi DÇ-2022-nin 1/4 finalında Fransa ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin