DÇ-2022: “Kağız üzərində favoritliyi kənara qoymalıyıq” – Skaloni

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin 1/8 final mərhələsinin oyunundan öncə Avstraliya millisi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “El Grafico”-ya istinandən xəbər verir ki, o, Avstraliya millisini güclü rəqib hesab etdiyini deyib:

“Rəqibimiz çox yaxşı, güclü komandadır. Bu, futboldur: 11 nəfərə qarşı 11 nəfər. Kağız üzərində favoritliyi kənara qoyub, futbol oynamalıyıq. Avstraliyalı oyunçulara müqavimət göstərməyə və oyun üslubumuzu tətbiq etməyə çalışacağıq”.

DÇ-2022-nin pley-off mərhələsinin Argentina – Avstraliya oyunu bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button