“İkinci hissədə biz daha yaxşı idik” – Pepe
Portuqaliya millisinin müdafiəçisi Pepe DÇ-2022-nin ikinci turunda Uruqvay üzərində qələbə (2:0) haqda fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Pepe Portuqaliya millisini tərifləyib:
“İlk növbədə komanda işini qeyd etmək istəyirəm. Əvvəlki dünya çempionatında bizi məğlub edən rəqibə qarşı sıx mübarizə apardıq. İlk hissədə Uruqvayın qapıya cəmi bir zərbəsi olsa da, ikinci hissədə biz daha yaxşı idik. Çox peşəkar oyunçulardan ibarət təşkil edilmiş milli komandayıq”.
H qrupuna 6 xalla Portuqaliya yığması başçılıq edir. Onlar pley-off mərhələsinə vəsiqəni təmin etməyi bacarıb. Qana ikinci, Cənubi Koreya üçüncü, Uruqvay isə sonuncu pillədə yer alır.
Dekabrın 2-də Uruqvay Qana ilə, Portuqaliya isə Cənubi Koreya ilə üz-üzə gələcək.
Bizi Facebook-da izləyin