DÇ-2022: Modriç bunu bacaran ilk futbolçu oldu

Xorvatiyalı futbolçu Luka Modriç yeni uğura imza atıb.

Komanda.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi buna Qətərdə keçirilən dünya çempionatında Mərakeş – Xorvatiya matçında meydana çıxmaqla nail olub. Modriç üç müxtəlif onillikdə həm dünya, həm də Avropa çempionatlarında oynayan ilk futbolçu kimi tarixə düşüb.

O, 4 mundialda (2006, 2014, 2018 və 2022) və 4 Avropa çempionatında (2008, 2012, 2016, 2021) forma geyinib.

Mərakeş – Xorvatiya matçında ilk hissədən sonra hesab açılmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button