Qətərdən 7,4 milyonluq rüşvət – Ekvadorun uduzması üçün
Qətər dünya çempionatının açılış matçında uduzmaları üçün 8 ekvadorlu futbolçuya 7,4 milyon dollar rüşvət təklif edib.
Komanda.az xəbər verir ki, belə bir iddia ilə bəhreynli jurnalist Amjad Taha çıxış edib.
Xatırladaq ki, noyabrın 20-də Qətərdə start götürəcək DÇ-2022-nin açılış matçında meydan sahibləri məzh Ekvador yığmasıyla üz-üzə gələcək. Mundiala dekabrın 18-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin