“Atletiko”nun baş məşqçi postuna 2 namizəd
Madrid “Atletiko”sunun rəhbərliyi baş məşqçi Dieqo Simeonenin işindən razı deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq Simeonenin yerinə namizədlər də var. Bunlar İspaniya yığmasının baş məşqçisi Luis Enrike və PSJ-nin keçmiş çalışdırıcısı Maurisio Poçettinodur.
Madrid klubu bu mövsüm Çempionlar Liqasından kənarda qalıb və İspaniya çempionatının ilk 4-lüyündəki yerini itirib. Hazırda “hindular” La Liqada 5-ci yeri tutur. “Atletiko”nun sonuncu qələbəsi La Liqanın 11-ci turunun oktyabrın 23-də “Betis”lə oyununda (2:1) olub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin