Ten Haq futbolçusunu təəccübləndirib

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro baş məşqçi Erik ten Haq barədə danışıb.

Komanda.az “Reuters”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu, baş məşqçinin onu təəccübləndirdiyini deyib:

“Uzun müddət futbolda olduqdan sonra, cəmi 30 yaşım olsa da, onun qələbəyə olan istəyi məni çox təəccübləndirdi.

Düşünürəm ki, ten Haqın çox güclü tərəfləri var. Hamımız bunun bir proses olduğunu bilirik və biz birlikdə böyüyürük. Biz qalib gəlmək istəyirik. Qələbə ilə bağlı bu istəyi, təlaşı çox az məşqçidə görmüşəm”.

Kazemiro bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 15 oyuna çıxıb. Onun 1 qolu və 1 məhsuldar ötürməsi var.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button