AFFA Diniyevlə bağlı qərara yenidən baxacaq
AFFA İntizam Komitəsi (İK) “Zirə”nin futbolçusu Coşqun Diniyevin məsələsinə yenidən baxacaq.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Sabah”a 0:1 hesabı ilə uduzduqları səfər matçının 84-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün 1 oyun cəzalanıb, klub isə 2400 manat cərimə olunub.
Məhz bu qərar yenidən baxılması üçün İntizam Komitəsinə göndərilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin