“İdman direktoru olsaydım, Messini “Barselona”ya bağlayardım”
“Barselona”nın müdafiəçisi Ronald Arauxo Lionel Messiylə münasibətindən və komandanın baş məşqçisi Xavi haqda danışıb.
Komanda.az xəbər verir ki, o, Xavinin işinin bəhrə verdiyini deyib:
“Messi ilə münasibətiniz necədir?
Messi? Mən idman direktoru olsaydım, onu “Barselona”ya bağlayardım.
Bəs Xavi?
O, komandanın başına gələndə mən çox şey öyrənməli oldum. Çünki təzə ideyalarla, son bir neçə ildə burada görülməyən işlərlə yeni məşqçi gələndə həmişə çətin olur. Xavi “Barselona”nın oyun fəlsəfəsini geri qaytarmağa çalışır və düşünürəm ki, hazırda bu iş öz bəhrəsini verir. Xavinin gəlişi ilə mən irəliləməyə davam etdim və bu gün özümü çox rahat hiss edirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin