Azərbaycanlı veteran futbolçu ukraynalılara qarşı döyüşə bilər – Rusiya ordusuna çağırıldı

Azərbaycan millisinin keçmiş futbolçusu Emin Ağayev Rusiya ordusunda xidmət edə bilər.

Komanda.az xəbər verir ki, 49 yaşlı futbol veteranı Ukraynayla müharibə ilə əlaqədar səfərbərlik çərçivəsində silahlı qoşunların sıralarına çağırılıb.

Qeydiyyatda olduğu rayon üzrə hərbi komissarlığa yollanan Ağayev zəruri müayinələrdən keçib. Ona lazım gələcəyi vaxt Ukrayna ilə müharibəyə yollanacağı bildirilib. (azerisport)

1992-ci ildə “Neftçi” ilə Azərbaycan çempionu olan müdafiəçi, sonradan Rusiyaya köçüb. Uzun illər oynadığı bu ölkədə vətəndaşlıq alan Ağayev bir neçə mövsüm “Səbail”in məşqçilər korpusunda yer alıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button