Millinin futbolçusuna banan atdılar – “Bunu görmək ayıbdır”

“Çelsi”nin və Braziliya millisinin müdafiəçisi Tyaqo Silva Tunis yığması ilə yoldaşlıq görüşündə (5:1) azarkeşlərin irqçi davranışını pisləyib.

Komanda.az xəbər verir ki, “Park de Prens” stadionunda keçirilən oyun zamanı braziliyalı futbolçu Riçarlisona tribunadan banan atılıb. Bu, futbolçu millisinin ikinci qolunu qeyd edərkən baş verib.

“Bunu görmək ayıbdır və çətindir. Televiziya ekranlarında irqçiliyə qarşı hazırlanmış reklamlar göstəriblər, bilmirəm. Amma belə hallar davam edir. Təəssüf ki, biz insanların mentalitetində heç nəyi dəyişə bilmirik. Ümid edirəm ki, ictimaiyyət bunun qəbuledilməz və keçmişdə qalmalı olduğunu anlayacaq. Biz dəyişməliyik” – Silva, “Le Parisye”nə açıqlamasında deyib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button