Roberto Bordin: “O, bunu bir az sakit formada da edə bilərdi”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis 2:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Azarkeşlər ikinciliyi qəbul etmir, uğurlu saymır. Siz bəs bunu uğur sayırsızmı?
  • Tam razıyam. Düzdü, birinci pillədəydik, ancaq xallar itirdik. Buna baxmayaraq, 2-ci pillə ilə tam razıyam.
  • “Qarabağ”ın “Neftçi”dən üstün olduğunu qəbul edirsizmi?
  • Komandam çox yaxşı oyun göstərdi. Bizim futbolçular sona qədər mübarizə apardılar. Bu oyundan da razıyam.
  • Çempion olmamağınızın günahını kimdə görürsüz? Neçə faiz sizdə, neçə faiz futbolçularda?
  • Çempionatı dəyərləndirəndə ümumi mövsümə baxıram.
  • “Şerif” klubu ilə qazanılan qızıl medal, yoxsa “Qarabağ”ın olduğu Azərbaycan Premyer Liqasındakı ikinciliyi daha dəyərli sayırsız?
  • Hər iki medal mənim üçün dəyərlidi. Güclü komandaya qarşı mübarizə apardıq. Hər çempionatın öz yeri var. Sonuna qədər mübarizə apardıq.
  • Rəşad Sadıqovla ilk hissədə aranızda anlaşılmazlıq oldu…
  • Futboldan belə hallar olur. Sadəcə, bir az əsəbləşmişdim. Rəşad Sadıqov qoldan sonra çox sevindi. Bunu bir az sakit formada da edə bilərdi. Buna əsəbləşmişdim.
  • Növbəti mövsüm “Neftçi”ni çalışdıracaqsız, yoxsa rəhbərliklə danışığınız olacaq?
  • Klub ilə olan müqaviləm davam edir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button