“Qarabağ”ın keçmiş rəqibi baş məşqçisini qovdu
İsveçrənin “Sürix” komandası baş məşqçisi Franko Foda ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, Fodanın müqaviləsinə vaxtından əvvəl xitam verilib.
İsveçrə təmsilçisinin prezidenti Ancillo Kanepa Fodanın yerli çempionatda və ölkə kubokunda etimadı doğrultmadığını bildirib.
Klubun almaniyalı baş məşqçi ilə müqaviləsi 2024-cü ilə qədər idi.
“Qarabağ” cari mövsümdə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən “Sürix”i mübarizədən kənarlaşdırıb (3:2, 2:2).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin