“Qarabağ”a səfərdə qalib gəlmək çox çətindir” – “Nant”ın futbolçusu
“Bu rəqibə öz meydanında qalib gəlmək çox çətindir. Bununla belə, matçın əvvəllərində yaxşı oynadıq və qol şanslarımız oldu”.
Komanda.az xəbər verir ki, bunu “Nant”ın futbolçusu Jan-Şarl Kastelletto Bakıda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının 2-ci tur matçından sonra klubun rəsmi telekanalına müsahibəsində deyib.
Kamerunlu müdafiəçi ikinci yarıya yaxşı başlamadıqlarını bildirib:
“Ardıcıl qollar bizi çətin vəziyyətə saldı. Bu cür müdafiə olunmamalıyıq. “Qarabağ” çox yaxşı komandadır. Rəqibə afərin düşür. Biz isə öz oyunumuzu inkişaf etdirməliyik”.
“Qarabağ” qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin