Keyn açıqladı: ÇL-in final matçında olacaq?

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Ayaks”a 3:2 hesabı ilə qalib gələn “Tottenhem”in hücumçusu Harri Keyn matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, zədə səbəbilə oyunda iştirak etməyən 25 yaşlı futbolçu, iki qoldan sonra qələbəyə inandığını deyib:

“Oyun möhtəşəm idi. Təəssüf yaradan ilk hissə keçirdik. “Ayaks”ın oynamasına icazə verdik. Fasilədə paltardəyişmə otağına getdim. Futbolçularla qarşıda hələ 45 dəqiqənin olması ilə bağlı danışdıq. Lukas Moura iki qol vurduqdan sonra son qolu vuracağımızı hiss etdim”.

İngiltərəli futbolçu zədəsi ilə bağlı da danışıb:

“Müalicəm yaxşı gedir, fərdi məşqlərə başlamışam. Zədəli olduğum müddətdə “Mançester Siti”ni və “Ayaks”ı mübarizədən kənarlaşdırdıq. Final oyununda iştirak etmək üçün özümü sübut etməliyəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button