De Xea rekorda imza atdı

“Mançester Yunayted”in qapıçısı David De Xea yeni rekorda imza atıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu İngiltərə Premyer Liqasında “Mançester Yunayted”in heyətində ən çox “quru oyun” keçirən qapıçı adını qazanıb.

5-ci turun “Lester”lə qarşılaşması (1:0) onun üçün 133-cü belə oyun olub. Bununla da, De Xea Edvin van der Sarın göstəricisini arxada qoyub. Niderlandlı keçmiş qapıçı “Mançester Yunayted”in heyətində Premyer Liqanın 132 görüşündə qol buraxmayıb.

De Xea 2011-ci ildə “Atletiko”dan Mançester təmsilçisinə keçib. O, ümumilikdə 491 görüşdə 167 dəfə qol buraxmayıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button