“Llorente meydana daxil olduqdan sonra futbol oynaya bilmədik” – Frenki de Yonq
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Tottenhem”ə 2:3 hesabı ilə məğlub olan “Ayaks”ın yarımmüdafiəçisi Frenki de Yonq matçdan sonra açıqlama verib.
Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu, “Tottenhem”in final oyununa vəsiqə qazanmağa layiq olduğunu deyib:
“Fernando Llorente meydana daxil olduqdan sonra futbol oynaya bilmədik. “Tottenhem” isə çox yaxşı oynadı. İkinci hissədə göstərdikləri oyunla final matçına çıxmağa layiq oldular.
Oyundan sonra paltardəyişmə otağı çox səssiz idi. Heç kim heç nə demədi. Finala çox yaxın idik, təəssüf hissi keçiririk. Bir müddət bu hisslə yaşayacağıq. Azarkeşlər də oyundan sonra bizə təşəkkür etdilər, alqışladılar. Bundan sonra Hollandiya çempionluğu üçün hər şey etməliyik. Çox vacib iki oyunumuz var”.
Bizi Facebook-da izləyin