“Çelsi”nin etirazı qəbul olunmadı
FİFA-nın yeniyetmə futbolçuların keçidi zamanı etdiyi qayda pozuntularına görə “Çelsi”yə iki mövsümlük transfer qadağası qoyduğunu xəbər vermişdik. London təmsilçisi isə bu qərara etiraz etmişdi.
Komanda.az FİFA-nın saytına istinadən xəbər verir ki, ali futbol qurumunun Apellyasiya Komitəsi “Çelsi”nin etirazlarına baxsa da, qərarda dəyişiklik etməyib.
“Çelsi” növbəti iki transfer pəncərəsi dövründə futbolçu transfer edə bilməyəcək. Bu qadağa, “Çelsi”nin qadın və futzal komandalarına şamil edilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin