“De Yonq qalsa…“ – Xavi
“Barselona”nın baş məşqçisi Xavi yarımmüdafiəçi Frenki de Yonqu əvəzedici oyunçuya çevirmək qərarına gəlib-gəlməməsi ilə bağlı danışıb.
Komanda.az xəbər verir ki, o, de Yonqun vacib oyunçu olmağa davam edəcəyini deyib:
“Frenki de Yonq əvəzedici deyil. Transfer bazarında nə baş verəcəyini bilmirəm, amma zəmanət verə bilərəm ki, o, qalsa, bizim üçün vacib oyunçu olmağa davam edəcək”.
De Yonq 2019-cu ilin yayında “Barselona”ya keçib. Futbolçu o vaxtdan bəri bütün yarışlarda 138 oyunda 13 qol vurub və 17 məhsuldar ötürmə edib. “Çelsi” və “Mançester Yunayted” niderlandlı futbolçu ilə maraqlanır. Onun kataloniyalılarla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin