İslam Həmrəyliyi Oyunları start götürdü

Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi Oyunları start götürüb.

Komanda.az xəbər verir ki, Azərbaycan idmançılarından mübarizəyə ilk olaraq trek velosipedçiləri qoşulacaqlar. Qadınlar arasında Ayan Xankişiyeva və Viktoriya Sidorenko, kişilər arasında isə Musa Mikayılzadə və Nəcəf Bağırov skretç növündə çıxış edəcəklər. Yarış Türkiyədə ilk olaraq, Konyada inşa olunmuş velodromda baş tutacaq.

İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 idmançı yarışacaq. Açılış mərasimi avqustun 9-da olacaq. Avqustun 18-dək davam edəcək yarışda Azərbaycanı ümumilikdə 281 idmançı təmsil edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button