“Neftçi”nin rəqibi onu Bakıya gətirmədi, 4 milyon avroya satdı

“Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan Avstriyanın “Rapid” klubu mərkəz müdafiəçisi Emanuel Ayvunu Bakıya gətirməyib.

Komanda.az xəbər verir ki, 21 yaşlı Nigeriya əsilli futbolçuya İtaliyanın A Seriyasının debütantı “Kremoneze” ilə danışıqlar aparmaq və tibbi müayinədən keçmək üçün yeni klubunun düşərgəsinə getməyə icazə verilib.

Vyana klubu italyanlardan Avstriyanın U-21 millisinin üzvü üçün 4 milyon avroya yaxın transfer haqqı alacaq. Futbolçunun ötən mövsüm “Admira”dan bu kluba 600-750 min avroya transfer olunduğunu nəzərə alsaq, bu, “Rapid” üçün gözəl sövdələşmə sayılır.

“Neftçi” “Rapid”ə qarşı ilk oyununu sabah Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button